...Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi imzalamağı və Türkiyə ilə münasibətləri normallaşdırmağı planlaşdırır...

Tezadlar.az xatırladır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib. O deyib ki, Ermənistan və Türkiyə nümayəndələri arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsi üzərində danışıqlar davam edir. Paşinyan xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan şəxslər üçün sərhədlərin açılmasına aiddir. O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək... Azərbaycanla sülh və münasibətlərin qurulması, Türkiyə ilə münasibətlərin normallaşdırılması haqqında saziş imzalamaq bizim planlarımızdadır. Biz başa düşürük ki, bu, asan olmayacaq, lakin bu planın irəli sürülməsi Ermənistanın milli maraqlarına uyğundur”.

Təki Paşinyanın düşündükləri real olsun...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN