Qazaxıstan Respublikasının Əmək Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, cari ilin noyabr ayında ölkədə 557 mindən çox qazax ailəsi çoxuşaqlı ailələr üçün nəzərdə tutulmuş sosial müavinət alıb.

Qurumun məlumatına görə, ilin əvvəlindən çoxuşaqlı ailələrə dövlət müavinətlərinin ödənilməsi orta hesabla 540,8 min ailəni əhatə edib ki, bu da ümumilikdə 376,6 milyard təngə təşkil edib.

Hazırda bu sosial müavinəti almaq üçün gəlirindən asılı olmayaraq 4 və daha çox azyaşlı uşağı olan və ya 23 yaşınadək əyani təhsil alan tələbə övladı olan ailələr müraciət edə bilərlər.

Ödəniş məbləğləri uşaqların sayından asılı olaraq fərqləndirilir:

- 4 uşaqla - 16,03 Aylıq hesablama göstəricisi (AHG) və ya 55,304 təngə (təxminən 209.16 manat);

- 5 uşaqla - 20,04 AHG və ya 69,138 təngə (təxminən 261.49 manat);

- 6 uşaqla - 24,05 AHG və ya 82 973 təngə (təxminən 313.81 manat);

- 7 uşaqla - 28,06 AHG və ya 96 807 təngə (təxminən 366.13 manat);

- 8 və daha çox uşaq olduqda - hər uşağa 4 AHG və ya 13 800 təngə (təxminən 52.19 manat) .

Məlumatda bildirilib ki, 2020-ci il yanvarın 1-dən Qazaxıstanda aztəminatlı və çoxuşaqlı ailələrə ünvanlı sosial yardımın göstərilməsinin yeni mexanizmlərində nəzərdə tutulan üç əsas istiqamət çərçivəsində onların gəlirləri nəzərə alınmadan dövlət müavinətləri tətbiq edilib.

QR-da 2023-cü il yanvarın 1-dən uşaqlı ailələrə verilən bütün dövlət sosial müavinətləri 8,5 faiz artırılıb.

Qeyd edək ki, Azərbaycanda  6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr sayılır.

 Belə ki, cari ilin əvvəlindən 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 105 manat  sosial müavinət ödənilir.  Bu o deməkdir ki, 6 uşağı olan ailə hər ay  630 manat sosial müavinət alır.

Xatırladaq ki, 2019-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda çoxuşaqlı ailələrin sayı 16 mindən bir qədər artıq olub.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN