Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mətbuatda qadın ölümü ilə bağlı xəbər çoxluğuna görə narahat olduğunu bildirib.

Tezadlar.az bildirir ki, S.Novruzov parlamentin bugünkü plenar iclasında çıxışında deyib ki, Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ikinci yerdə qadınların öldürülməsi xəbərləri gəlir. Sitat: “Hər gün mətbuatda şahidi oluruq ki, kişi həyat yoldaşını öldürdü, qaynata gəlinini güllələdi, qardaş bacısını baltalıdı və s. Hesablamışam, elə gün olur ki, Azərbaycanda 7 qadın öldürülür, elə gün də olur ki, 2 qadın qətlə yetirilir. Orta hesabla günə 3-dən götürsək, bir ildə 1000-dən artıq qadın bu və ya digər məsələnin qurbanına çevrilir”.

Təəssüflər olsun, bu statistika artımla diqqəti çəkir. Səbəbləri isə bəlli olsa da hər hansı tədbirlər görülməmiş kimi diqqəti çəkir...

XƏYYAM

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN