...O təkcə dünyagörüşü zəif, Azərbaycanın Vətən savaşındakı qələbəsinə sevinməyi bacarmayanlarla, bəzi yazılarında onu anlamayanlarla deyil, həm də onu daban- dabana izləyən, təqib edən xəstəliklə də mübarizə aparırdı... Bir neçə il "Ədalət" qəzetində birgə çalışdıq. Qələmi və sözü, peşəkar yanaşması olan, jurnalistikaya hörmət gətirən idi... Sonralar Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətində, o cümlədən Sənədli Filmlər Kinostudiyasında zabit kimi xidmət keçdi. Təqaüd yaşını haqlayanda isə xəstəlik də bir tərəfdən onu haqladı.
Neçə illər idi ki, Təzadlar"da xidməti müqavilə ilə çalışırdı, köşə yazarı idi...
 Bu dəfə isə o yazmadı, onu yaxından tanıyanlar Ədalətin barəsində xatirələrini yazmalı oldu. Çünki o, bu gün haqq dünyasına qovuşdu!
XXX
Hərbi ekspert Üzeyir Cəfərov isə özünün fb səhifəsində yazır: "...Ədalət Teymurlu qardaşımız haqqın dərgahına qovuşub. Çox ağır təbiətli, eyni zamanda dərin savada və biliyə malik bir insan idi. Qardaşımızın rəisi olmuş unudulmaz zabit dostumuz Seyidağa Mövsümov, o möhtəşəm kollektivin üzvləri- Mahir Nəsibov, İlqar Tunar və bir neçə nəfər digər qardaşlarımız da aramızdan gediblər. Məkanları cənnət, ruhları şad olsun. Dəyərli Ədalət Teymurlunun sıralarımızdan bir az bundan əvvəl getməsi isə məni lap şoka saldı. Bu gün, dekabrın 23-də Ədalət qardaşımız öz doğma oğlu Teymura günün birinci yarısında nişan məclisi düzənləmişdi və yaxın vaxtlarda evinə gəlin gətirməyə hazırlaşırdı.... Bax belə, dəyərli qardaşlar və bacılar! Budur insan həyarı. Bir neçə saat öncə deyib-gülən bir insan, bir də baxırsan, artıq aramızdan əbədi köçüb.
P.S. Bu qeydlərimi də ona görə yazdım ki, virtual və real Feysbuk dostlarım arasında unudulmaz Ədalət Teymurlu ilə bərabər Müdafiə Nazirliyində xidmət keçmiş, eyni zamanda tələbə dostları olan xeyli yoldaşlar var. Öz adımdan, həmçinin Ədalət bəyi şəxsən tanıyan dostlar adından ailəsinə və yaxınlarına, doğma və əzizlərinə dərin hüznlə başsağlığı verirəm...".
Ruhu şad, məkanı cənnət olsun!
Tanıyanlar bilir ki, Ədalət Teymurov həqiqətən də sakit, amma içində üsyankar bir jurnalist idi. Nahaq əməlləri və haqsız insanları bağışlamazdı...
Asif MƏRZİLİ
P.S.Bu ilin mayında "Təzadlar"ın 30 illik yubileyinə gəldi və otura bilmədi, təbrik edib getdi... Bikef görünürdü. Xəstəliyi onu ciddi narahat edirdi... İndi isə vaxtsız ölümü ilə onu yaxından tanıyanları narahat qoyub getdi...
Bir daha Allahdan rəhmət diləyirik!
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN