Dekabrın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2023-cü il 26 dekabr tarixli iclasının protokolu təsdiq edilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Tezadlar.az-a bildirilib ki, sonra 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Cəfərov Kamal Xaqani oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib.

Sonra namizədliyi özü tərəfindən irəli sürülmüş Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi də təsdiq olunub.

İclasda, habelə seçkilərdə namizədliyinin irəli sürülməsi təsdiq olunmuş Mətləb Əzizulla oğlu Mütəllimlinin səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Beynəlxalq müşahidə missiyası və media nümayəndələrinin iştirak etdiyi iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olub, cari məsələlərə baxılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN