Tovuzun Əlibəyli kənd sakini, “Qarabağ veteranları” İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Vəliyev müdafiə naziri Zakir Həsənova müraciət edib.

Müraciətdə nazirə Xocavənd döyüşlərində yaralanmış qazi Adil Şirinovla bağlı xahiş ünvanlanıb. Bildirilir ki, qazi A.Şirinov Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Müraciətdə daha sonra qazinin hal-hazırda xidmətini davam etdirdiyi bildirilir: “Məsələ ondadır ki, Adil Şirinov Tovuzdan uzaqda xidmət çəkir. Bu da onun ailəsində bəzi çətinliklər yaradır. Belə ki, qazinin həyat yoldaşı hamilədir, böyük oğlunun isə görmə qabiliyyəti zəifdir. Bunlar isə ailəni müəyyən çətinliklərlə qarşılaşdırıb. Adilin yaşadığı yerdən uzaqda xidmət etməsi ailəsinin gündəlik həyatında da çətinliklər yaradır. Biz cənab nazirdən xahiş edirik ki, onun yaxın yerdə, özünün doğulduğu Tovuzda xidmət etməsi üçün göstəriş versin, şərait yaratsın”.

Qazinin anası Rəna Şirinova da nazirdən xahiş edir ki, oğlu Tovuzda xidmət etsin: “Mən bir ana kimi xahiş edirəm ki, səsimə səs verəsiniz. Oğlumun Tovuzda olmaması, atasının da yanımızda olmaması ailəmizə çətinlik yaradır. Nəvəmin gözü zəif görür. Adil yaxınlıqda xidmət edərsə, bizə əli tez çatar. Ona görə də bu xahişimin nəzərə alınmasını istəyirəm”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN