"İcra başçısı Mehdi Səlimzadənin "xeyir-duası" ilə təkcə Göyçay şəhərinin mərkəzi küçələrində 100-dən çox sənədsiz inşa edilən obyek var"

Göyçay rayonunun Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağsəf qızı redaksiyamıza şikayət məktubu göndərib.

Şikayətçi yazır ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə uzun müddətdir onların ailəsinin istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsini qanunsuz olaraq rayon təhsil şöbəsinin keçmiş müdiri Elnur İsmayılovun oğlu Rəvan İsmayılova satıb. 

K.İsmayılova bildirir ki, Ulaşlı-Şıxlı kəndində yerləşən həmin torpaq sahəsindən uzun müddətdir onlar istifadə edərək münbitləşdiriblər: "Atam vəfat edəndən sonra qonşum Elnur İsmayılov həmin torpağı bizdən müvəqqəti əkmək üçün istədi, biz də razı olduq. Bir neçə ildən sonra zərurət oldu deyə torpağı özümüz əkmək istədikdə Rəvan İsmayılov bizə dedi ki, bu torpaq artıq ona məxsusdur, icra başçısı Mehdi Səlimzadəyə 5000 manat pul verərək bu torpağı alıb.

Mən bununla bağlı dəfələrlə Göyçay rayon İcra Hakimiyyətinə getsəm də, məni qəbul etmədilər, şikayətimə laqeyd yanaşdılar. Belə olan halda, tam əmin oldum ki, Rəvan İsmayılov həqiqətən də icra başçısına pul verərək həmin torpağı qanunsuz olaraq ələ keçirib. Halbuki bu, cinayət əməlidir. Çünki bələdiyyəyə məxsus torpaq sahəsinin kiməsə satılması qanunsuzluqdur.

Qeyd edim ki, RİH başçısı Mehdi Səlimzadənin "xeyir-duası" ilə təkcə Göyçay şəhərinin mərkəzi küçələrində 100-dən çox sənədsiz inşa edilən obyekt var.

Kəndlərdə bələdiyyələrin görməli olduğu işi icra başçısı Mehdi Səlimzadə özü görür və kimə gəldi sənədləşmə olmadan örüş və ya əkin torpaqlarını qanunsuz olaraq satır. Çox xahiş edirik, bizi Mehdi Səlimzadənin zülmündən qurtarın. Çünki onun törətdiyi bu hərəkətlər bizə çox ziyan vurur, yaşayışımızı çətinləşdirir.

Şikayətlə bağlı mənə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarov tərəfindən göndərilən cavab məktubunda qeyd edilib ki, həmin mübahisəli torpaq sahəsi bələddiyyəyə aid deyil, şəxsi mülkiyyətdir.

Bu, yalan və saxtakarlıqdır ki, vəzifəli şəxslər edirlər. Çünki həmin torpaq sahəsi 100 % əminəm ki, bələdiyyəyə məxsusdur. Həmin torpaq sahəsini müasir aparat vasitəsilə yerində ölçsələr, bu, subut olunacaq. Sadəcə, mənim şikayət ərizəmi araşdırırlar deyib, gəlib torpaq sahəsinin kənarında söhbət edib Əmlak Məsələləri Dövlət Xidməti Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə göndərmək adı ilə yazıblar ki, torpaq şəxsi mülkiyyətdir. Ancaq Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi İdarəsinin əməkdaşları Rəvan İsmayılovla görüşüb sonra da gediblər.

Xahiş edirəm, şikayətim yerində araşdırılsın, müasir aparat vasitəsi ilə torpaqlar ölçülsün, yoxlama aparılsın, vəzifə cinayəti törətmiş şəxslər barəsində müvafiq tərbirlər görülsün".

Şikayətlə bağlı Göyçay rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN