booked.netbooked.net booked.net  

Ötən gecə Moskva vilayətindəki “Krokus siti holl” konsert zalındakı terror aktını törədənlərin heç birindən xəbər yoxdur...

Tezadlar.az "Ria Novosti"yə və CNN- ə istinadla bildirir ki, onların indi harada olduqları heç kimə məlum deyil, sanki qeyb olublar.  Şahidlər onları “qəhvəyi paltarlı insanlar” kimi təsvir edirlər: “ya jilet idi, ya da kamuflyaj”.  Üstəlik, onların maska ​​taxmadıqları müşahidə kameralarından da görünür. Bir  şahid isə hücum edənlərin üzlərinin şərflərlə örtüldüyünü, altından saqqalların göründüyünü deyib.  “Krokus”a hücumdan sonra ortaya çıxan videolara əsaslanaraq, azı 4 və ya 5 hücum edən şəxsin olduğu qənaətinə gəlmək olar. Maraqlıdır ki,  “RİA Novosti” Tver qeydiyyat nömrəli ağ rəngli “Renault Symbol” avtomobilinin fotosunu dərc edib. “Novaya qazeta Yevropa” avtomobilin öncəki sahibini müəyyənləşdirib. 24 yaşlı kişi avtomobili “təxminən bir həftə əvvəl arvadının qardaşına satdığını” deyib, o da öz növbəsində dostunun bu maşını istədiyini söyləyib. Rusiya mətbuatı avtomobilin rəngləndiyini müəyyən edib: nəqliyyat vasitəsi daha öncə qara rəngdə olub. Eynin zamanda, mətbuatda yol-müşahidə kamerasının çəkdiyi görüntülər də yer alıb. Maşında iki kişi görünsə də, lakin yalnız birinin üz cizgilərini görmək olur: o, papaqlıdır, qara saçlı olduğu sezilir, kamulyajı xatırladan geyimdə olduğu görünür.  Daha sonra təhlükəsizlik qüvvələrinin ikinci avtomobili, boz rəngli “Renault Fluence” avtomobilini axtardığına dair məlumatlar ortaya çıxıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

“Kommersant” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hücum edənlər hərbi və ya straykbol təlimdən keçiblər. Bir neçə anonim teleqram kanalı terrorçuların Bryansk vilayətində “göründüyünü” və onlardan birinin öldürüldüyünü yazıb. Amma bu məlumat da təsdiqini tapmayıb. Ümumiyyətlə, Rusiya rəsmiləri şübhəli şəxslərlə bağlı hər hansısa dəqiq məlumat təqdim etməyib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin, hətta beş nəfər olduğu güman edilir və ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb. Ölü sayı isə artmaqdadır.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı tezniki xəta" kimi bəyan ediblər.

Ölkənin sosial şəbəkə istifadəçilərinin yazdıqlarından isə belə görünür ki, əhali həyəcan içindədir ki, istənilən şəhərdə belə hadisələr törədilə bilər. 

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN