"Krokus Qrup”un birinci vitse-prezidenti Emin Ağalarov “Krokus siti holl”un konsert zalında törədilmiş terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib, bu terror aktının onun ailəsinə də təsir etdiyini vurğulayıb.

Tezadlar.az  xəbər verir ki, o bu barədə biznesmen sosiak şəbəkə hesabında yazıb. Sitat: "“Krokus siti holl”da baş vermiş dəhşətli hadisələrlə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub. Acımızı təsvir edəcək söz tapmıram”.

Ötın gecə martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Rossiya24 telekanalı terrorçuların 4 nəfər olduğunu yayıb. Bu kamera görüntülərindən də bilinir. Hazırkı vəziyyətdə 70-dan çox insanın öldüyü, 147 nəfərin yaralandığı bildirilir.

Ən maraqlısı, bu boyda terroru törədənlər konsert zalından necə yoxa çıxıb və hələ də tapılmayıb???

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN