“Son 10 ildir məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, hazırda insanların məktəbəqədər müəssisələrdə işlə təminatı ilə bağlı problemlər var: “Bütün təhsil siyasəti və onun ideoloji işi Təhsil Nazirliyi tərəfindən aparılmalıdır. Artıq vaxtı çatıb ki, məktəbəqədər təhsili müəssisələrini də Təhsil Nazirliyinin nəzdinə verək. Çünki təhsil sahəsində çox böyük islahatlar aparılır. Uşaqların ilk təhsili məktəbəqədər təhsildən başlayır”.

Deputat Azərbaycanda boşanmaların sayının sürətlə artması ilə bağlı problemə də toxunub: “Digər qonşu ölkələrlə müqayisədə Azərbaycanda boşanmaların sayı çoxdur. Hətta Rusiyada artıq ailə məhkəmələrin yaradılması barədə qərar qəbul edilib. Biz də boşanmaların sayının azalması üçün tədbirlər görməliyik”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN