Prezidentin 60 illiyinə layiqli töhfə

Şair-jurnalist, “Qızıl Qələm” Mükafatı laureatı Qurban Təbiətoğlu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə “Mübarəkdir ömrünün altmışıncı baharı!” adlı şeir həsr edib. Videformatda ictimaiyyətə təqdim olunan şeir böyük maraqla qarşılanıb. Ümumilikdə 10 bənddən ibarət olan şeirdə Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyəti, Ali Baş Komandan kimi, onun rəhbərliyi ilə  Vətən müharibəsində xalqımızın Qarabağın 30 illik işğalına son qoymaqla qazandığı möhtəşəm Zəfərin doğurduğu duyğular öz əksini tapıb.

Şeiri Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist İlahə Səfərova və Bakı Bələdiyyə Teatrının aktyoru İsmayıl Bayram səsləndiriblər. Qəzetimizin yaxın dostu olan Q.Təbiətoğlunun bundan əvvəl də satirik və digər mövzularda olab şeirləri  “Təzadlar”da, həmçinin eyni adlı saytda dərc olunub və oxucular tərəfindən rəğbətlə qarşılanıb. Şairin redaksiyamıza göndərdiyi və Ali Baş Komandan, 30 illik işğala 44 günlük döyüşlə son qoyan, məğlub xalqımızı qalib xalqa çevirərək, adını tarixə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyevin dekabrın 24-də olacaq 60 illik yubileyinə həsr etdiyi  “Mübarəkdir ömrünün altmışıncı baharı!” adlı seiri, tam səmimiyyətlə demək olar ki, ugurlu alınıb. Təkcə ona görə yox ki, seir Prezidentə həsr olunub. Açıq etiraf etmək lazımdır ki, Prezidentə həsr olunan seir və məqalələrin heç də hamısı uğrlu deyil. Amma Qurban Təbiətoğlunun bu seiri, seirin bütün qayda- qanunlarına tam riayət olunmaqla qələmə alınıb. Heca vəznində yazılmış bu seirdə, əsl seiriyyət var. Seirdə 14 hecalı olmaqla bölgüsü, rəvanlıgı, təşbehi, məcazı, axıcılığı, bir sözlə hər şeyi yerli-yerindədir.  Bu uğurlu seirə görə dostumuz Qurban Təbiətoğlunu ürəkdən təbrik edirik. İnanırıq ki, Prezident İlham Əliyevin 60 illik yubileyinə ən layiqli töhfə olacaq bu seiri, oxucularımız da çox böyük maraqla və rəğbətlə qarşılayacaq.  

Q.Təbiətoğlunun həmin şeirini olduğu kimi oxucularımıza təqdim edirik.

Mübarəkdir ömrünün altmışıncı baharı!

Əzəl gündən hamının qəlbində yuva qurdun,

Dediyin hər kəlmənin, hər sözün üstə durdun.

Gülüstana çevirən bağbanısan bu yurdun,

Hara baxsaq görünür böyük zəhmətin barı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Siyasət meydanında alnın açıq, üzün ağ,

Cəsarətin düşmənin sinəsinə çəkdi dağ.

Qarabağ Azərbaycan! Azərbaycan Qarabağ!

Nöqtəyə nida qoyub, aləmə çəkdin carı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Sayəndə rəzil oldu torpağa əl atanlar,

Mənliyini şeytanın hiyləsinə satanlar.

Haqq səsinlə yuxudan dik atıldı “yatanlar”,

Yekinlə mars elədin şeşi, pənci, çaharı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Dedin, yoxdur ədalət fitnəkarın şərində,

Şanlı tariximizin kökləri var dərində.

İblislərə üz tutub dünyanın hər yerində

Qətiyyətlə söylədin: Vətən bölünməz yarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Tükənən səbrimizi dərd atına mindirib,

Didərginlik ağrısı bizləri çox dindirib.

Yağıların başına “Dəmir yumruq” endirib,

Qırx dörd günə əritdin otuz il donan qarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Tarix boyu itkilər dərimizi hey soyub,

Həmişə ağlamaqdan daha gözümüz doyub.

Acı məğlubiyyətə birdəfəlik son qoyub,

Bəxş elədin bu xalqa Zəfər adlı nübarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Çıxdı Cıdır düzünə “Xarıbülbül” dəstəsi,

Oxşadı ruhumuzu Üzeyirin bəstəsi,

Havalandı Şuşadan “Qarabağ şikəstəsi”,

Dilləndirdin burada yenə kamanı, tarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Laləzara büründü Qubadlının dağları,

Pöhrələdi Laçının, Zəngilanın bağları.

Qayıtdı Füzulinin, Cəbrayılın çağları,

Ağdamda, Kəlbəcərdə yoxdan yaratdın varı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Tarix səni unutmaz – kitabətək daşdasan,

Müzəffər lider kimi həmişəlik başdasan,

Həyat hələ öndədir, ən çiçəkli yaşdasan,

Yeni qələbələrlə addımla yüzə sarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Həqiqət var Qurbanın harayında, ünündə,

On milyonluq ordunun sərvərisən önündə!

Ali Baş Komandanın bu yubiley günündə,

Bizimlə həmrəy olub, deyir Odlar Diyarı:

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN