Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Fərid İsmixan oğlu Cəfərov 1998-ci ilin yanvarın 13-dəYevlax rayonunun Quşçu kəndində anadan olub.
Fərid Cəfərov 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 1 oktyabr 2020-ci ildə Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə şəhid oldu
Azərbaycan Ordusunun əsgəri olan Fərid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Cəfərov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Yevlax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedın döyüşlərdə göstərdiyi şücaətə görə Fərid Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, "Suqovuşanın azad olunmasına görə" medalı ilə,
18.12.2020-ci il tarixli Sərəncamına əsasən isə Fərid Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Şakir QURBANOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN