booked.netbooked.net booked.net  

 

Ukrayna ilə Rusiya sərhədində hərbi gərginlik davam edir...

Amma narahatlıq həm də ondadır ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədlərinə cəmləşdirilmiş qoşunların “təlimləri başa vuraraq” öz daimi dislokasiya yerlərinə qayıtmağa başladığı haqda məlumatlar yaysa da yerlərdən daxil olan məlumatlar bunun tam əksini göstərir. Ukrayna KİV-ləri yazır ki, “qoşunların geri çəkilməsi” barədə xəbərlərdən sonra Rusiya Ukrayna sərhədlərinə daha 7 min nəfərlik qüvvə cəmləşdirib. Bu barədə ABŞ administrasiyasındakı mənbə ABC News kanalına bildirib.“Rusiya Ukrayna sərhədləri boyu öz hərbi iştirakını son günlər daha 7 min nəfər hərbçi ilə genişləndirib, üstəlik onların bir hissəsi ötən gün fevralın 16-da gəlib”, - yüksək rütbəli mənbə bildirib. SİTAT: "Оккупанты разместили за пределами выделенных мест хранения вооружения танки, пушки и гаубицы. Источник: отчет СММ ОБСЕ. Детали: Миссия зафиксировала вооружение, расположенное за линиями отвода, но за пределами выделенных мест хранения в неподконтрольных правительству районах Донецкой и Луганской областей:

  • 82 танка
  • 38 артиллерийских пушек
  • 10 самоходных гаубиц

на 5 полигонах поблизости населенных пунктов:

  • Покровка (36 км к востоку от Донецка)
  • Круглик (31 км юго-западнее Луганска)
  • Мирное (28 км к юго-западу от Луганска)
  • Шимшиновка (27 км юго-западнее Луганска)
  • Миусинск (62 км юго-западнее Луганска)".
  • Göründüyü kimi, Rusiya hərbi texnikasını nəinki sərhəddən geri çəkir, əksinə, hərbi texnikanın sayını artırmaqdadır...
  • ***

 Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken də Rusiya qoşunlarının geri çəkilməsini hələlik qeydə almadıqlarını açıqlamışdı. Bu arada Böyük Britaniya kəşfiyyatı qeydə alıb ki, Rusiyanın dərinliklərindən Ukrayna sərhədlərinə əlavə zirehli texnika kalonları, döyüş vertolyotları və səhra hospitalları daşınır. Böyük Britaniya kəşfiyyatının rəhbəri Cim Hokenhall bildirib ki, Moskvanın qoşunların geri çəkilməsinə dair bəyanatlarına baxmayaraq regionda cəmləşmə davam edir.

“Biz Rusiyanın qoşunlarını Ukrayna sərhədlərindən geri çəkməsinə dair sübutları görməmişik. Rusiyanın hazırda kifayət qədər hərbi gücü var ki, Ukraynaya müdaxiləni həyata keçirsin”, - Hokenhall bildirib. Ukraynalı jurnalist Yuri Butusov da sərhədboyu cəmləşmənin davam etdiyini yazır. “Situasiya olduqca təhdidedicidir. Belə şey hətta 2014-cü ildə olmamışdı. Qoşunların geri çəkilməsi müşahidə olunmur, hazırda Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında 56 batalyon-taktiki qruplaşması var. Daha 13 batalyon isə sərhədin 400 kilometrə qədər məsafəsində yerləşdirilib. Onların ehtiyat qüvvə olduğu təxmin edilir, zərurət yaranarsa bir neçə günə sərhədə gətiriləcək”, - jurnalist bildirib.  Onun məlumatına görə əsas cəmləşmə şimal sərhədlərində müşahidə olunur. 14 batalyon-taktiki qruplaşması Voronej vilayətinin Valuyki rayonunda cəmləşib, buradan Luqansk vilayəti istiqamətində hücum gözlənilir. Xarkov istiqamətində 4 batalyon-taktiki qruplaşması var, Kiyev istiqamətində isə 9 batalyon-taktiki qruplaşması cəmləşdirilib.

Xatırladaq ki, daha əvvəl ABŞ kəşfiyyatı hücumun fevralın 16-da başlayacağını bildirirdi. Lakin bu proqnoz gerçəkləşmədi, bununla belə ABŞ rəhbərliyi hücumun “istənilən vaxt”, o cümlədən hazırkı həftə ərzində başlaya biləcəyini bildirir.

Gərginlik isə davam etməkdədir. Dünyanın diqqəti hazırda bu bölgəyə köklənib...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN