Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bolqarıstan Azərbaycanın Avropa İttifaqında əsas tərəfdaşlarından biridir. Son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunur.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabındakı paylaşımda bildirib.
O, diqqətə çatdırıb ki, Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi yarıbayarıdan çox artıb.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) vasitəsi ilə ötən il Bolqarıstana yarım milyard kubmetr qaz nəql edilib. Bu bu rəqəm 2024-cü ildə 1 milyard kubmetrədək yüksəcələcək. İxracatın daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.
Göründüyü kimi, ölkələr arasındakı strateji əməkdaşlıq dinamik inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər bu əməkdaşlığın daha da dərinləşməsinə töhvə verməkdədir", - deyə Vüqar Bayramov qeyd edib.
Qeyd edək ki, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
JASMİN