Avropa Parlamentinin 31 deputatı Gürcüstanın Avropa İttifaqına namizədlik statusunun ləğv edilməsi və Gürcüstana maliyyə yardımlarının nəzərdən keçirilməsi üçün Aİ-nin xarici siyasət rəhbəri Cozep Borellə müraciət edib.
Tezadlar.az CNN- ə istinadla bildirir ki, bu barədə AP-nin üzvü Petras Austrevicius “X” platformasındakı paylaşımında bildirib. Deputatlar Gürcüstan rəsmilərinin və Gürcü Arzusu partiyasının davranışlarının namizəd ölkənin öhdəliklərinə zidd olduğunu bəyan ediblər: “Birincisi, Gürcüstan rəsmilərinin və hakim “Gürcü Arzusu” partiyasının davranışı Aİ namizədi ölkənin öhdəliklərinə ziddir. Ona görə də Gürcüstanın namizəd statusu üzvlük prosesində əlavə proqres olmadan dayandırılmalıdır. İkincisi, Gürcüstanın dövlət büdcəsinə və hökumət proqramlarına Aİ maliyyəsi bir daha nəzərdənən keçirilməlidir”, - deyə deputatların Borellə məktubunda bildirilib.
Rusiyanın maraqlarına xidmət edən qalmaqallı qanunun qəbuluna cəhdlər sonda ölkə üçün bu problemləri yaratmaqdadır...
Y.Məmmədli