Azərbaycan klassiklərinin əsərləri həmişə Gürcüstan oxucularının diqqətində olub...

Belə ki, Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediya əsəri gürcü dilində çap olunacaq. "Təzadlar" Gürcüstanın 24News.ge xəbər portalına istinadla bildirir ki, ki, bu barədə "Həmrəylik Muzeyi"nin rəhbəri Elnur Əlisoy şəxsi media hesabında paylaşım edib. Onun sözlərinə görə, əsərin gürcü dilində tərcüməsi mövcuddur, hazırda çap olunma prosesindədir: "Düz 113 il əvvəl, 1909-cu ildə yazılmış bir pyes var, tragikomediyadır. Həyatda həqiqətən baş vermiş hadisələr bədiiləşdirilərək qələmə alınıb. Müəllifi Molla Nəsrəddin jurnalının naşiri Cəlil Məmmədquluzadədir. Əsərdə Şeyx Nəsrullah adlı ruhaninin, günümüz dilində desək mollanın gəlib camaatın başına torba tikməyi əks olunur. İddia edir ki ölüləri dirildir və sairə. Yerli camaat mollanı müqəddəs hesab edir, gətirib azyaşlı qızlarını ona ərə verirlər. Əlqərəz, az sonra bu molla aradan cırır, bütün qızlar qalır ortada. Camaat elə təzəcə qımıldayanda başqa uzaq kəndlərdən qonaqlar gəlirlər, hamısının da yanında qızları ki bəs Şeyx Nəsruılah bizim qızlarımızı da atıb qaçıb. Əsərin adı “Ölülər”dir. Bu və digər əsərlərin motivləri əsasında “Qəm Pəncərəsi” filmi də çəkilib. 2020-ci ildə Batumidə səfərdə olanda 20-ci əsrin əvvəllərində əsərin gürcü dilinə tərcüməsini aşkar etdim, dostlarla birlikdə onu yenidən yığıb çapa hazırladıq. Arada çap işinə görə bir az yubandıq, çünki layihəyə daxil etdik. Yaxın zamanlarda çap olunacaq, sizinlə paylaşacağıq. Məncə, əsəri nə dilində olur olsun, mütləq oxumaq lazımdır. Oxumaq və düşünmək, əsərdə yazılanları həzm eləmək lazımdır", - deyə E. Əlisoy bildirib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN