PREZİDENT HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞLA BAĞLI SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.