Prezidentin 60 illiyinə layiqli töhfə

Şair-jurnalist, “Qızıl Qələm” Mükafatı laureatı Qurban Təbiətoğlu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə “Mübarəkdir ömrünün altmışıncı baharı!” adlı şeir həsr edib. Videformatda ictimaiyyətə təqdim olunan şeir böyük maraqla qarşılanıb. Ümumilikdə 10 bənddən ibarət olan şeirdə Prezident İlham Əliyevin uğurlu siyasi fəaliyyəti, Ali Baş Komandan kimi, onun rəhbərliyi ilə  Vətən müharibəsində xalqımızın Qarabağın 30 illik işğalına son qoymaqla qazandığı möhtəşəm Zəfərin doğurduğu duyğular öz əksini tapıb.

Şeiri Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist İlahə Səfərova və Bakı Bələdiyyə Teatrının aktyoru İsmayıl Bayram səsləndiriblər. Qəzetimizin yaxın dostu olan Q.Təbiətoğlunun bundan əvvəl də satirik və digər mövzularda olab şeirləri  “Təzadlar”da, həmçinin eyni adlı saytda dərc olunub və oxucular tərəfindən rəğbətlə qarşılanıb. Şairin redaksiyamıza göndərdiyi və Ali Baş Komandan, 30 illik işğala 44 günlük döyüşlə son qoyan, məğlub xalqımızı qalib xalqa çevirərək, adını tarixə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyevin dekabrın 24-də olacaq 60 illik yubileyinə həsr etdiyi  “Mübarəkdir ömrünün altmışıncı baharı!” adlı seiri, tam səmimiyyətlə demək olar ki, ugurlu alınıb. Təkcə ona görə yox ki, seir Prezidentə həsr olunub. Açıq etiraf etmək lazımdır ki, Prezidentə həsr olunan seir və məqalələrin heç də hamısı uğrlu deyil. Amma Qurban Təbiətoğlunun bu seiri, seirin bütün qayda- qanunlarına tam riayət olunmaqla qələmə alınıb. Heca vəznində yazılmış bu seirdə, əsl seiriyyət var. Seirdə 14 hecalı olmaqla bölgüsü, rəvanlıgı, təşbehi, məcazı, axıcılığı, bir sözlə hər şeyi yerli-yerindədir.  Bu uğurlu seirə görə dostumuz Qurban Təbiətoğlunu ürəkdən təbrik edirik. İnanırıq ki, Prezident İlham Əliyevin 60 illik yubileyinə ən layiqli töhfə olacaq bu seiri, oxucularımız da çox böyük maraqla və rəğbətlə qarşılayacaq.  

Q.Təbiətoğlunun həmin şeirini olduğu kimi oxucularımıza təqdim edirik.

Mübarəkdir ömrünün altmışıncı baharı!

Əzəl gündən hamının qəlbində yuva qurdun,

Dediyin hər kəlmənin, hər sözün üstə durdun.

Gülüstana çevirən bağbanısan bu yurdun,

Hara baxsaq görünür böyük zəhmətin barı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Siyasət meydanında alnın açıq, üzün ağ,

Cəsarətin düşmənin sinəsinə çəkdi dağ.

Qarabağ Azərbaycan! Azərbaycan Qarabağ!

Nöqtəyə nida qoyub, aləmə çəkdin carı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Sayəndə rəzil oldu torpağa əl atanlar,

Mənliyini şeytanın hiyləsinə satanlar.

Haqq səsinlə yuxudan dik atıldı “yatanlar”,

Yekinlə mars elədin şeşi, pənci, çaharı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Dedin, yoxdur ədalət fitnəkarın şərində,

Şanlı tariximizin kökləri var dərində.

İblislərə üz tutub dünyanın hər yerində

Qətiyyətlə söylədin: Vətən bölünməz yarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Tükənən səbrimizi dərd atına mindirib,

Didərginlik ağrısı bizləri çox dindirib.

Yağıların başına “Dəmir yumruq” endirib,

Qırx dörd günə əritdin otuz il donan qarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Tarix boyu itkilər dərimizi hey soyub,

Həmişə ağlamaqdan daha gözümüz doyub.

Acı məğlubiyyətə birdəfəlik son qoyub,

Bəxş elədin bu xalqa Zəfər adlı nübarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Çıxdı Cıdır düzünə “Xarıbülbül” dəstəsi,

Oxşadı ruhumuzu Üzeyirin bəstəsi,

Havalandı Şuşadan “Qarabağ şikəstəsi”,

Dilləndirdin burada yenə kamanı, tarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Laləzara büründü Qubadlının dağları,

Pöhrələdi Laçının, Zəngilanın bağları.

Qayıtdı Füzulinin, Cəbrayılın çağları,

Ağdamda, Kəlbəcərdə yoxdan yaratdın varı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Tarix səni unutmaz – kitabətək daşdasan,

Müzəffər lider kimi həmişəlik başdasan,

Həyat hələ öndədir, ən çiçəkli yaşdasan,

Yeni qələbələrlə addımla yüzə sarı!

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Həqiqət var Qurbanın harayında, ünündə,

On milyonluq ordunun sərvərisən önündə!

Ali Baş Komandanın bu yubiley günündə,

Bizimlə həmrəy olub, deyir Odlar Diyarı:

Mübarəkdir ömrünün altmışıncı baharı!

 

Hazırladı və təqdim etdi:

Elçin MƏMMƏDLİ

Pin It

Təkcə son bir ildə Azərbaycan Dövlət İqtisad Universitetinə “Azərsu” ASC-dən gətirilən 3 nəfər yüksək vəzifələrə təyin edilib...

Pin It

Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və mənafelərinin, milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlər çərçivəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq sosial şəbəkələrdə zorakılığın, dini ekstremizmin təbliğinə yönələn, təhqir və böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan, dövlət sirri təşkil edən, intiharı təbliğ edən, uşaqlar üçün zərərli olan və digər qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi təmin edilir.

Pin It

Elə insanlar var ki, haqqında danışdıqca özün nura boyanırsan, arınırsan, saflaşırsan. Həmən ağlına gələn ilk cümlə də bu olur: “Onlarsız, dünya yəqin ki çoxdan, lap çoxdan dağılardı…” Biz adətən dahi şəxsiyyətlərdən söhbət açarkən “onun dünyaya gəlişi bir hadisəydi…” deyirik. Bu fikrə etirazım yoxdur, sadəcə, həyatın amansız acılarını az qala bal-şəkər kimi qəbul edib yola davam edən, zorla közərən odunu alışdırıb yandıran, qurumuş ağaca can verən, soyuq baxışları sevgiylə boğulan  göz yaşlarına çevirməyi bacaran xilqətlərin gəlişini necə adlandıraq?

Bəşəriyyətə nümunə ola biləcək bir ailənin nağıl kimi həyat hekayəsini qısa şəkildə anlatmağı özümə mənəvi borc bildim.

Üç yaşlı Vəfa  ailəsiylə birgə Gəncədən Rusiyaya köçür. Avtomobillərin keçməsinin yasaq olduğu ərazidə gül toplayan Vəfanı bütün həyatını kökündən dəyişəcək o müdhiş hadisə baş verir. Zibildaşıyan maşın balaca qızcığazı  vuraraq  iki ayağından məhrum edir. Saniyələrin il kimi keçdiyi uzun, məşəqqətli zaman başlayır. Aylarla xəstəxana çarpayısından günəşə boylanan Vəfa ilk öncə ayaqlarına əzabla, peşmanlıqla baxsa da, zaman-zaman vərdiş etdi, həm də  üsyana qalxmadan...

Həmin olaydan çox keçməmiş, yaranın, ağrının yeri qaysaqlanmamış daha bir dəhşət yaşandı - qardaşı hovuzda boğularaq ailəni də, balaca Vəfanı da sarsıtdı, hüznə, qəm-qüssəyə boğdu. Bu faciəli hadisədən az sonra ailə doğma el-obasına - Gəncəyə qayıtdı.

Bir dəfə oxumuşdum ki, alimlər uzunmüddətli təcrübələrin nəticəsi kimi, belə bir fikri təsdiqləyiblər: “İnsan əsil xarakterini, simasını və mənəvi çəkisini həyatın zor, çətin günlərində açır”.

İllər öz axarıyla keçirdi. Vəfa artıq tələbə idi. Səhhətiylə bağlı tez-tez qardaş Türkiyəyə yolu düşürdü. Yeni bir sınaq, yeni bir imtahan... Ancaq bu dəfə Tanrının sınağına təkcə Vəfa xanım yox, ilk baxışdan içində bir təlatüm yaranan türk arkadaşımız Mehmet Akduz da tuş gəldi. Fikrində qəti idi - Vəfayla ailə qurmaq... Mehmet bəy Vəfaya Allah qarşısında ömrünün sonuna qədər bir vəfa andı verdi və  bu sədaqətin bəhrəsidir ki, isti ailə yuvasında iki gözəl qız övladı böyüyür. 

Forma dəyişsə də, məzmun eyni idi… Çətinliklər, sınaqlar, kənardan soyuq baxışlar... Hər ikisi yaxşı bilirdi ki, bu çətinliklər bitməyib və bitməyəcək. Ancaq vacib olan əlac var: sevgi, səmimiyyət, qarşılıqlı anlaşma...

Vəfa Akduz illərdir ictimai-siyasi həyatda çox fəaldır. “Gülüstan” Kimsəsiz Uşaq və Qadlnlara  Yardlm” İctimai Birliyinin sədridir. Qadın problemlərindən tutmuş qazilərin sağlıq, sosial məsələrinin çözülməsində daim onların yanındadır. Bir-birindən maraqlı, əhəmiyyətli layihələr Vəfa xanımı gün-gündən həyata daha çox bağlayır.

İndi bu sətrləri oxuduqca əminəm ki, düşünəcəksiniz: “Bəs nədən içində bu qədər həyat sevgisi, qurub-yaratmaq eşqi, insanlara yardım etmək üçün dünyanın o başına getməyə hər an hazır bir xanım millətin elçisi olmasın?”  Bildiyim qədər, növbəti parlament seçkilərində Vəfa xanım bu imtahan qarşısında da özünü sınayacaq.

Gəlin biz də xeyr-duamızı verək. Əminəm ki, Vəfa Akduz zərif çiynlərini həyatının baş qəhramanı ər oğlu ər Mehmet Akduz və bir-birindən gözəl, ağıllı balaların söykəyərək, ona etimad edən xalqıyla bərabər, dünyamızın əminaman, sağlam, firavan olması üçün hələ çox işlər görəcəklər inşəallah. Uğurlar olsun!

Jalə Cəfərova,

filologiya üzrə fəlsəfə doktoru, “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri

Pin It

...Mən milliliyi və türkçülüyü babam Şahlar Həsənoğlundan öyrənmişəm. Mənə kim olduğumu, soyumu, kökümü, tariximi tanıtdı. Ancaq Şahlar Həsənoğlu elə bir insan idi ki, o, sadəcə, mənə yox, bütün türk gənclərinə kim olduqlarını heç vaxt unutdurmadı.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN