Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

Pin It

“Məişət zorakılığı media müstəvisində” mövzusunda jurnalistlər üçün beynəlxalq təlimlərə başlanılıb.

Pin It

...Saakaşvilinin düşmənlərinin sayı durmadan artıq... Belə ki, bu dəfə Sxalta yepiskopu Spiridon deyib ki, Saakaşvili hökuməti ilə kilsə arasında maliyyə ilə bağlı mübahisə yaranıb və hakimiyyətdən getməsinin səbəblərindən biri də kilsəyə qarşı çıxması olub. "25 000 000 larinin nəyi var? Burada bir çox insan işləyir, ana kilsəyə xidmət edir. Saakaşvili hakimiyyətindən bu maliyyəni artıraraq 50 000 000 etmələrini xahiş etdim. Bunu əldə etmək üçün bir neçə dəfə gedib-gəldim. Sonunda artıracaqlarını dedilər, mən də bu xəbərlə partiyarxı sevindirdim, iş həll oldu dedim. Daha sonra kilsənin həyətində gəzərkən maliyyə nazirinin birinci müavini mənə zəng etdi və sizə 50 milyon verə bilməyəcəyik, verdiyimiz 25 milyondan isə 2.5 milyon da azaldacağıq dedi. Yəni artırmaq əvəzinə 25 milyondan 2.5 milyon lari azaltdılar. Cənab Prezident Saakaşvili bizə kömək edirdi, bunu heç kim itirmir. Universitet bazasını bizə o verdi. 2004-cü ildə Cavaxetiyada uşaq evi təsis olunduqda, patriarx mənə Saakaşvili hökumətindən kömək istəməyimi tapşırdı və həmin binaları bizə onlar verdilər. Saakaşvili də maddi cəhətdən bizə kömək edirdi, bunu heç kim itirmir. Sonra bir hiylə baş verdi, çünki türklər və amerikalılar onu yoldan çıxardılar-kilsəyə kömək etmə dedilər və o da etmədi. Saakaşvili hökumətinin çökməsinə nəyin səbəb olduğunu düşünəndə, kilsəyə qarşı çıxması ağıla gəlir", - deyə Yepiskop Spiridon qeyd edib.

Beləliklə, Saakaşvilinin düşmənlərinin yadına indi düşüb ki, sən demə, hakimiyyətdə olanda kiməsə pis baxıb...

A.Məmmədli

 

Pin It

Aylar ötdü, il dolandı...

Dərdi dinmədi anaların... Gözləri kirimədi... Yaraları sağalmadı...

İçindən yandı analar, tüstüsüz yandılar... İçin-için yandı analar...

Torpağın yarası sağaldı... Vətən yarası bayraqla sarına bilir axı, amma övlad yarasını qaysaq tutmur... Dünyanın heç bir bayrağı, azad olan torpağı o yaranı sarıya bilmir. Bu dünyada canının parçasının itkisini örtə biləcək böyüklükdə bayraq yoxdur!

Aylar ötdü, il dolandı...

Ananın gözləri hələ də yol çəkirdi...

Başqa bir dərdi yoxdu, Oğul dərdiydi dərdi...

Sorurdu balam hanı?! Hər cəbhədən gələndən... - 

...İnanmırdı... İnana bilmirdi... İnanmaq istəmirdi... Bu dünyanın ən böyük həqiqətini dərk etməyə ürəyi yol vermirdi... Ana ürəyiydi axı...

***

Kəndin Şəhidlər xiyabanında yeganə bir məzar ucalırdı... Yeganə Ananın dünyalara sığmayan balası uyuyurdu o şəhid məzarlığında... Taleyi yarımçıq, sevgisi yarım, dünya boyda ürəyində bir dünya arzuları qalan Azəri uyuyurdu o yeganə məzarda... 

***

Ölüm - ürəyimizin dərk etməyə gücü çatmadığı ən acı gerçəkdi... Ölüm bu dünyadakı ən böyük həqiqətdi... Mən o həqiqəti qananda çox körpə idim... Allah körpə yaşıma - uşaqlığıma necə qıymışdı, hələ də anlaya bilmirəm. Özümü qanandan həmişə ətrini doyunca qoxlaya bilmədiyim gözəl anamın doğmalarını ziyarət edib mənə anamı anlatmalarını istəyəcəyimi xəyal edirdim. Anamın şəkillərindən gülərüzlə boylanan bir xanım vardı... Yeganə xanım... Mənim üçün Yeganə xanım çox şeyin adı idi... doyunca yaşaya bilmədiyim uşaqlığımın - Anamın yadigarı idi, ən ülvi hissləri bölüşə biləcəyim ünvan idi... İçimdə sözlə izaholunmaz bir arzum vardı ki, bir gün o Yeganə xanımın ziyarətinə gedəcək, başımı dizinə söykəyib mənə anamdan danışmasını rica edəcəkdim... O, mənim üçün anamın sirli xatirə dəftəri idi... O, mənim üçün Anamın ətrini duya biləcəyim, qoxusunu ciyərlərimə çəkə biləcəyim ünvan idi... Mən Yeganə xanımın xatirələri ilə ovunmaq istəyirdim, bir az aldatmaq istəyirdim özümü bu yalan dünyada... İnsan bəzən elə bir məqama yetişir ki, xatirələr ona həyata tutunmaq, yaşaya bilmək üçün böyük təsəlli olur. 

Hardan biləydim ki, içimdə heç korşalmayan Ana yarama həmdəm bildiyim bir adama bir gün bütün varlığımla məlhəm olmağa çalışacam... həyata tutunmaq üçün xatirələrini dinləyib ruhuma köçürməyə ehtiyac duyduğum bir adamın heç olmasa azacıq da olsa, həyata tutuna bilməsi üçün xatirələr yazmağa çalışacam...

Adam bəzən elə acı bir gerçəyin içinə düşür ki, sözə çevirib dilinə gətirməyə gücü çatmır... Yeganə xanım mənim həyata tutunmaq üçün təsəlli yerim olacaqdı... İndi mən ona bütün qəlbimlə təsəlli olmağa can atıram...

İnsan ən böyük həqiqətini itirəndə onunla bərabər bütün dünya rəngini, dadını, mənasını itirir. Gedənlər təkcə özləri getmir ki?! Hər şeyimizi özləriylə aparırlar... Gözgörəti yaşayırsan, quruca nəfəs kimi, gen dünya ömrünə qəfəs kimi... 

Oğul böyütmüşdü Yeganə Ana... Nazim əmiylə əl-ələ verib min bir zəhmətlə iyid bir oğul böyüdüb ərsəyə gətirmişdilər. İşıqlı gələcəyinə tükənməz ümidlə, nə böyük arzularla... Həm anası, həm müəlliməsi olmuşdu Azərin. Əqidəli, sağlam təfəkkürlü, ləyaqətli bir övlad böyütmüşdü. Hərbi xidmətə yola salmışdı, arxasınca su səpmişdi, Allaha əmanət etmişdi... Sonra Azər işə yollanmışdı. Ən böyük arzusunun arxasınca qoşmuşdu, hərbçi kimi Dövlət Sərhəd Xidmətində addım-addım ucalmağa başlamışdı... Ana-bala vidalaşıb ayrılmışdılar, Yeganə Ana yenə də Allaha əmanət etmişdi balasını...

Vətən sevdalı böyümüşdü Azər.. Vətən sevgisi ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki... Elə ona görə də dar gündə hamıdan qabaq Vətənin harayına yetişmişdi. Bu dəfə heç ata-anasına deməmişdi gedəcəyini, bu dəfə heç Yeganə ana balasının arxasınca su ata bilməmişdi...

Nahaq yerə demirlər ki, “Oğul düşmən çəpəridir.” O müqəddəs savaşda bütün varlığıyla bunu sübuta yetirdi Azər... Vətənin hər qarışını qorumaq üçün kürəyini çəpər, sinəsini sipər elədi düşmən həmlələrinin qarşısında... Son nəfəsinə, sonuncu gülləsinə qədər çəpər kimi dayandı düşmənin qabağında... Bu cavan ömrünü ər kimi yaşadı... Anasının arzularını gözündə, gözünü yollarda qoydusa da, milyonların ürəyindəki Vətən yarasına yaralı canıyla, qanıyla məlhəm oldu...

İndi Azər milyonların ürəyində müqəddəs bir ünvana - könüllərdə dastana dönüb... İndi ona saysız-hesabsız analar və ən əsası Vətən böyüklükdə Ana - Ana Vətən “Oğul!” deyir...

Ən böyük amalı da bu deyildimi Azərin?! Özünü qanandan “Vətən mənə “Oğul!” desə nə dərdim?! amalı ilə yaşamırdımı?!...

Ən böyük arzusuna qovuşdu Azər, ürəyindəki ən müqəddəs amalına yetişdi, ən uca məqama yüksəldi...

Ömrünü xarıbülbülün ömrünə, min rəngə çalan gəncliyini üçrəngli bayrağa caladı...

İndi Yeganə Ana Azəri uğruna canından keçdiyi Vətən torpağına əmanət edib...

İndi Azərin bəylik paltarının yerinə hərbi mundiri asılıb...

İndi Yeganə ananın ümidlərinin üstündə Azərbaycan bayrağı ucalır... Dörd aydır ki, Yeganə Ananın gözləri yol çəkir...

Gücüm çatsa, ayaqlarımın getməyə cəsarəti çatsa, bir gün Yeganə Anamın ziyarətinə gedəcəm. Anam qoxuyan, anamın xatirələrini ürəyində, yaddaşında daşıyan, anamın mənəvi bacısının ünvanına gedəcəyəm... Oğlunun mənəvi bacısı kimi... - Oğlunun xatirələrini ruhuna köçürən bir adam kimi... ürəyimdə bir dünya sözlə Yeganə Anamın ziyarətinə gedəcəyəm... lal bir sükutla susmağa... ürəyimi boşaltmağa... başımı dizlərinə söykəyib qələmimlə yaza bilmədiyim nisgili, sözlərimlə ruhumdan qopara bilmədiyim kədəri gözlərimdən axıtmağa...

Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

 

Pin It

“Şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə ev, nə torpaq sahəsi, nə avtomobil, nə pandemiya dövründə 1 kq un maddi yardımı, nə də övladlarımdan hər hansı biri işlə təmin edilməyib”

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN