Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın yaxın vaxtlarda mitinq keçirəcəyi Nyu-Yorkun Nassau dairəsinin polisi binada partlayıcı qurğunun tapılması ilə bağlı məlumatı əsassız adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Pix11” məlumat yayıb.

Qeyd edilib ki, bombanı mitinq yerinin yaxınlığında partlayıcı maddələr və qurğular axtarmağa öyrətdiyi iti ilə gəzən bir şəxs bildirib.

"Kişi sorğu-sual üçün saxlanılıb və təhdidin əsassız olduğu müəyyən edilib", - Nassau dairəsi polisi bildirib.

Xatırladaq ki, Trampın həyatına iki dəfə sui-qəsd cəhdi edilib. Birincisi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı baş vermişdi, bir respublikaçının qulağından vurulmuşdu. İkinci sui-qəsd isə sentyabrın 15-də Floridadakı qolf klubunda baş verib. Tramp xəsarət almayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN