"Bir ildən artıqdır ki, "Azneft" rəhbərliyi məni əsassız olaraq işdən uzaqlaşdırıb".

Bunu Bəşirov Qalib Məhəmməd oğlu şikayətində qeyd edir.

Narazı vətəndaş daha sonra yazır: "Yəni əslində işdən bu şəkildə çıxarıblar. Boş dayanmaya buraxıblar. 27 ildir ki, dənizdə çilingər işləyirdim. Özüm Qarabağ veteranıyam. Ailədə bir mən işləyirdim. 2 azyaşlı övladım var. Ailə vəziyyətim olduqca çətin durumdadır.

Cənab Prezidentin qərarına baxmayaraq, məni işdən boş dayanmaya buraxıblar.

Xahiş edirəm, mənim işimlə maraqlanasınız. Öncədən təşəkkür edirəm".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN