Amerikanın İrəvandakı səfirliyi Ermənistandakı ABŞ vətəndaşlarına kömək etmək üçün yerli əhalidən könüllülərin işə qəbulunu elan edib.

Könüllülər Ermənistandakı amerikalılarla daima əlaqə saxlamalı, onlara “yaşayış yerlərində və təşkilatlarında cari hadisələr haqqında məlumat” verməli, ölkəyə yeni gələnlərə  Dövlət Departamentinin səyahət proqramında qeydiyyatdan keçmələrinə kömək etməli və  fövqəladə vəziyyət zamanı əgər ABŞ vətəndaşlarından hər hansı biri itərsə, axtarışda iştirak etməlidir.

ABŞ səfirliyinin elanına görə, könüllülər Ermənistandakı amerikalıların telefon nömrələrini, fiziki və e-poçt ünvanlarının siyahısını tutmalı, onlar üçün təxliyə marşrutlarını tərtib etməli, həmçinin evakuasiya işlərinə kömək etməli, xəsarət almış ABŞ vətəndaşlarını öz nəqliyyat vasitələrində xəstəxanalara çatdırmalı olacaqlar.

Belə görünür ki, Ermənistana üz tutan amerikalıların sayı günbəgün çoxalır və onların təhlükəsizliyinin qorunmasına da ehtiyac yaranıb...

Bəs ermənilərin özünün baş götürüb qaçdığı Ermənistanda amerikalıları nə cəlb edir, yaxud onlar yalnız ölkənin ərazisində gəzib-dolaşıb, yaşayırlar?

Bu da sual altındadır...  

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN