Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ  Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin İrəvana etdiyi səfərdən sonra

  - iyulun 18-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.

Həmin görüş barədə məlumat Nikol Paşinyanın saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, "həmsöhbətlər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Cənubi Qafqaz regionunda baş verən proseslər qeyd olunub".

Xəbər verdiyimiz kimi, Narışkinin səfərindən 3 gün əvvəl - iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmilərinin də daxil olduğu Amerika nümayəndə heyəti Ermənistanın paytaxtı İrəvana gözlənilməz səfər ediblər.

Nümayəndə heyətinin İrəvana gəlməsi faktını “EuroPravda”nın Ermənistan rəhbərliyinə yaxın mənbəsi təsdiqləyib.

Lakin həmin şəxs MKİ rəhbərinin nümayəndə heyətinin üzvləri arasında olması və onun səfərinin məqsədi ilə bağlı dəqiqləşdirici suala cavab verməkdən imtina edib.

Bundan daha əvvəl Rusiyanın “İnterfaks” xəbər agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyatının rəhbəri Uilyam Berns cümə günü bir neçə saatlıq İrəvana səfər edib.

Daha sonra Ermənistan hökumətinin mətbuat xidməti məlumat yaydı ki, Berns və Paşinyan  “beynəlxalq və regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini, eləcə də Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər”.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN