Ucar rayonunun Bərgüşad kənd sakini Əsədova Pərvanə Ağakərim qızı dövlət başçısına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Bildirirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi Ucar rayon Bərgüşad Bələdiyyəsinin sədri Rauf Şəmsəddinovla əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bizə məxsus Ucar rayonunun Bərgüşad kəndində yerşənən 2678.79 kv.m torpaq sahəsini bir neçə metr şimaldan-cənuba doğru suvarma kanalının qoruma zolağına sürüşdürüblər.

Belə ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 19.08.1998-ci il tarixli 11 saylı qərarı Ucar rayonunun Bərgüşad kəndində atam Əsədov Ağakərim İbrahim oğluna 2678.79 kv-m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. Atam Ağakərim Əsədov 2003-cü il tarixdə vəfat etmişdir. 2678.79 kv-m torpaq sahəsinin üzərində iki otaqlı ikimərtəbəli ev tikdirmişik. Həmin mənzilə gedən ümumi istifadədə olan yol var ki, ondan biz və iki qonşu istifadə edirik.

Ucar rayonu Bərgüşad Bələdiyyəsinin sədri Rauf Şəmsəddinov bizə məxsus həyətyanı torpaq sahəsindən arxa tərəfə yol salmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi ilə əlbir olub torpaq sahəmizi cənubdan-şimala bir neçə metr (təxminən 9 metr 30 sm ) sürüşdürülməsinə nail olmuşdur. 9 m 30 sm şimaldan-cənuba sürüşdürməklə kəndin suvarma kanalının qoruma zolağına daxil edilmişdir. Bu hərəkət cinayət əməli hesab edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi Ucar rayon Bərgüşad Bələdiyyəsinin sədri Rauf Şəmsəddinovla əlbir olub ediblər. Yerində baxış keçirməklə bu, tam aydın görünür. Elektron bazada bu, açıq aşkar görünür və digər sənədlərlə də subut olunur ki, bu qanunsuzluğu bizə qarşı ediblər.

Həmin qanunsuzluğu Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin fərdi yaşayış evi üçün verdiyi texniki pasportda etmişdir. Əldə olan sənədlərlə tam subut olunur ki, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi bələdiyə sədri Rauf Şəmsəddinovla əlbir olaraq bu cinayəti həyata keçiriblər. Bizim evin arxa tərəfində olan bələdiyyəyə məxsus torpaq sahəsinin öz yolu var. Ancaq həmin torpaq sahəsini almaq istəyən şəxslə razılaşmış bələdiyyə sədri Rauf Şəmsəddinov bu cinayətə əl atmışdır. Həmin torpaq sahəsinin öz yolu olduğu halda, bizim mülkiyyətimizdə olan torpaq sahəsinidən qanunsuz yol açılması cinayət əməlidir. Zərurət var ki, şikayət ərizəm yerində mənim iştirakımla müasir aparatlar vasitəsi ilə araşdırlıaraq yoxlanılsın.

Mən bu cinayət əməli barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, iqtisadiyyat nazirinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və s. orqanlara şikayət ərizəsi ilə mürciət edib məlumat vermişəm.

Sizdən xahiş edirəm, şikayət ərizəm yerində mənim iştirakımla araşdırılaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edirb cinayət törətmiş vəzifəli şəxslər barəsində ciddi tədbir görülsün".

Məsələ ilə əlaqədar bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN