Mali hökuməti Birləşmiş Millətlər Təşkilatının Malidəki sabitləşdirmə missiyasının (MINUSMA) sözçüsü Olivier Salqadonu sosial şəbəkələrdəki paylaşımlarına görə deportasiya etmәk qərarına gəlib.

Mali Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Mali tərəfindən saxlanılan 49 Kot d İvuar əsgəri ilə bağlı  paylaşımlarına görə Salqadonun deportasiya edilməsinə qərar verilib.

TRT-nin məlumatına görə, açıqlamada Salqadodan 72 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

Salqado internet sәhifәsindә etdiyi paylaşımda  saxlanılan əsgərlərlə bağlı Mali hakimiyyətinə məlumat verildiyini bildirib. Mali hərbi hökuməti iyulun 10-da ölkəyə gələn 49 Kot d İvuar əsgərini paytaxt Bamakoda saxlayıb.

Kot d İvuar  hökuməti iki ölkə arasında razılaşdırılmış müqavilə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Mali sabitləşdirmə missiyasına (MINUSMA) dəstək olmaq üçün saxlanılan əsgərlərin sərbəst buraxılması ilә әlaqәdar çağırış etmişdi.

Mali hökuməti bu hadisədən sonra MINUSMA-nın hərbi və polis qüvvələrinin bütün rotasiyalarını dayandırıb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN