Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tbilisiyə iki günlük səfəri çərçivəsində Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşüb.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Gürcüstan patriarxlığında baş tutan görüşdə tərəflər iki ölkə arasında dini-mədəni əlaqələr barəsində söhbət açıblar. Qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyunca mehriban qonşuluq əlaqələri mövcud olub və hər iki ölkənin xalqları arasında tarixən möhkəm dostluq münasibətləri çərçivəsində yaşayıblar. Söhbət zamanı Allahşükür Paşazadə Azərbaycanın işğaldan azad etdiyi ərazilərində İslam dininə məxsus abidələrlə yanaşı, kilsələrin də bərpa edildiyini diqqətə çatdırıb. Patriarx II İliya isə öz növbəsində ziyarətdən məmnunluğunu ifadə edib və fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarının çatdırılmasını xahiş edib. Patriarx qeyd edib ki, Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçiblər. Görüş zamanı qeyd olunub ki, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan-Azərbaycan dinlərarası və millətlərarası münasibətlərin inkişafına verdiyi böyük töhfələrə görə, sabah II İlyanın iqamətgahında təntənəli şəkildə xüsusi ordenlə təltif ediləcək Qeyd edək ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Qulliyev və səfirliyin əməkdaşları da iştirak ediblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN