Rusiya ABŞ dövlət katibi Entoni Blinken və xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı ilə bağlı Vaşinqtonun təklifini təsdiqləyib.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays cümə axşamı brifinqdə bildirib. Onun sözlərinə görə, Vaşinqton yaxın günlərdə telefon danışığını gözləyir.

Söhbətin mövzusu ilə bağlı N.Prays deyib ki, Blinken Rusiyada əsassız saxlanılan Amerika vətəndaşları Britni Qriner və Pol Uilanın azad edilməsi üçün Vaşinqtonun Moskvaya etdiyi "təklif"ə Lavrovdan cavab almaq niyyətindədir.

O qeyd edib ki, təklif bir neçə həftə ərzində Rusiyaya "dəfələrlə" və "birbaşa" edilib ki, bu da Moskvanın "konstruktiv qərar qəbul etmədiyini" düşünməyə əsas verir.

N.Prays vurğulayıb ki, söhbət Ukraynaya qarşı təcavüz davam etdiyi müddətdə söhbət Rusiya ilə münasibətlərin normallaşmasından getmir.

"Hələlik Rusiyanın hazırda konstruktiv dialoqda və diplomatiyada maraqlı olduğunun heç bir əlamətini görmürəm. “Rusiya diplomatik və konstruktiv dialoqa hazır olana qədər" Vaşinqton Ukraynanı dəstəkləməkdə davam edəcək”, - N.Prays deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN