Ağsu rayonunun mərkəzində yerləşən bazara avtomobillə giriş-çıxış ödənişlidir. Nə ərazidəki məhəlləyə, nə də bazara daxil olmaq mümkündür. İnsanlar bazarlıqdan əlavə, həm də bazara giriş üçün pul ödəməli olurlar. Uzun zamandır sakinləri narahat edən məsələ növbəti dəfə aktuallaşıb.

Bu barədə redaksiyamıza Ağsu sakinlərinin şikayəti daxil olub. Sakinlərin dediyinə görə, bazarın qarşısının kim tərəfindən dayanacağa çevrilməsi, ora giriş edən avtomobil sahiblərindən ödəniş tələb edilməsi və yığılan pulların hara getməsi müəammalıdır.

Bu vəziyyət həm bazarlıq etmək üçün bazara gələnlər, həm də sözügedən ərazidən istifadə edənlər üçün çətinlik yaradıb.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan məsələdən xəbərsiz olduqları bildirilib: “Məlumatımız yoxdur. Bu barədə aidiyyəti qurumlara məlumat verərik”.

Ağsu bələdiyyəsinin sədr müavini Namiq Babaxanov isə qeyd edib ki, dayanacağı bazar sahibi özü yaradıb: “Bazarın özünün şəxsi mülküdür və dayanacağı da özləri yaradıblar. Bizə çatan məlumata görə, belədir. İki ildir həmin ödənişli dayanacaq fəliyyət göstərir”.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN