Xam neft daşıyan Panama bayraqlı tanker Yəmənin Moha limanından on dəniz mili yaxınlığında hücuma məruz qalıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yükdaşımaların təhlükəsizliyi sahəsində konsaltinq xidmətləri göstərən Britaniyanın “Ambrey” şirkətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, gəminin heyəti ilə aparılan danışıqlara əsasən, o, raketlə vurulub.
Əvvəllər Ədən körfəzi və Qırmızı dənizdə yük gəmiləri dəfələrlə hücum pilotsuz təyyarələri, qanadlı və ballistik gəmi əleyhinə raketlərdən istifadə edən Yəmən husiləri tərəfindən hücuma məruz qalıb.
Daha əvvəl bildirilmişdi ki, ötən ilin payızında hücumlar başlayandan bəri husilər gəmilərə 50-dən çox hücum həyata keçirib.
E.ŞİRİNOV