Akademik Urxan Ələkbərov: "Azərbaycan qlobal miqyasda aktual olan “yaşıl enerji”, karbonsızlaşdırma, hidrogen istehsalı kimi layihələrin reallaşdırılmasının əsas təşəbbüskarlarındandır"

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş seminar keçirilib.

Tezadlar.az xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Eldar Nuriyev bütün sahələrdə dinamik inkişaf edən Azərbaycan Respublikasında son illər həyata keçirilən çoxşaxəli, müasir çağırışlara cavab verən islahatların uğurlu nəticələr verdiyini, ölkəmizin beynəlxalq nüfuz və mövqelərinin möhkəmləndirini bildirib. Ötən 20 ildə demokratik dəyərlərin cəmiyyətdə daha da möhkəmləndiyini, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələr verdiyini, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyini, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyini diqqətə çatdıran E.Nuriyev ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi tədbirlərinin də xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb.

Ədliyyə nazirinin müavini xüsusi olaraq vurğulayıb ki, ölkəmiz regionun iri neft və qaz hasilatçılarından biri kimi müasir dünyanın yeni çağırışlarına əsas tutaraq, malik olduğu alnernativ enerji mənbələrindən səmərəli istifadə istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu sahədə rellaşdırılantədbirlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsi olaraq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu ilin noyabr ayında Azərbaycanda keçirilməsinə qərar verilib.

E.Nuriyev həmçinin bildirib ki, nazirlik funksiyalarına uyğun olaraq tədbirə hazırlıqla bağlı üzərinə düşən vəzifələri reallaşdırır, vətəndaşların ekologiya hüququ sahəsində maarifləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

img-20240518-wa0003

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov "Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol" adlı məruzə ilə çıxış edib.

Rektor qeyd edib ki, Azərbaycanda innovativ inkişafın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. U.Ələkbərov ölkəmizdə qazanılan nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyib, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. O, bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafına, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına imkan yaradan iqtisadi islahatlar strategiyası ölkənin təbii sərvətlərindən, intellektual resurslarından səmərəli istifadəyə əsaslanır. Akademik həmçinin bildirib ki, elmi əsaslara söykənən bu islahatlar iqtisadi potensialına görə dünyada 62-ci yerdə qərarlaşan Azərbaycanın 25 ən inkişaf etmiş, biznes üçün əlverişli mühitinin mövcud olduğu qabaqcıl ölkə sırasında yer tutmasını təmin edib.

Akademik Urxan Ələkbərov çıxışında vurğulayıb ki, Azərbaycan qlobal miqyasda aktual olan "yaşıl enerji", karbonsızlaşdırma, hidrogen istehsalı kimi layihələrin reallaşdırılmasının əsas təşəbbüskarlarından birinə çevrilib. Rektor  xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" bu sahədə yol xəritəsi müəyyənləşdirərək, bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə əsaslı tədbirlərin həyata keçirilməsinə imkanlar açıb.

"Beynəlxalq Enerji Agentliyi tərəfindən plana əsasən, 2050-ci ilədək dünya ölkələri tərəfindən atmosferə atılan karbon emissiyalarının tam şəkildə qadağan edilməsi nəzərdə tutulur. Paris İqlim Sazişini ratifikasiya edən Azərbaycan baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı könüllü öhdəlik götürüb və artıq bu öhdəliyi 40 faizə çatdırıb" - deyən akademik U.Ələkbərovun sözlərinə görə, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin təzahürüdür.

img-20240518-wa0004

Çıxışını davam etdirən rektor bildirib ki, iştirakçıların sayına, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyanın ən mötəbər tədbirlərdən hesab edilən COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu ölkəmizin siyasi və iqtisadi nüfuzunun, alternativ enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 03 may 2021-ci il tarixli "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı yeni müasir konseptual yanaşmaları özündə əks etdirir: "Hesablamalara görə, Azərbaycanın quruda 27 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı mövcuddur Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensial ölkədə ekoloji mühitin yaxşılaşdırılması və turizm cəlbediciliyinin artırılması ilə yanaşı, elektrik ixracı potensialının yüksəldilməsi baxımından da mühüm dividendlər vəd edir".

Tədbirdə məruzə ilə cıxış edən digər şəxslər də COP29-un Azərbaycanda keçirilməsinin, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, noyabr ayında Azərbaycanda keçiriləcək beynəlxalq tədbir respublikamızın yaşıl enerjiyə keçid strategiyasının dünyaya təqdimatı, bu sahəyə xarici sərmayələrin cəlbi baxımından da səmərəli olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN