Ukraynada müharibə başlayandan bu günə kimi Rusiya ordusu 45 200 əsgərini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində bildirilir.

Qeyd edilir ki, ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha 300 hərbçisini zərərsizləşdirib. Rusiya qoşunu son gündə ən böyük itkini Donetsk və Nikolayev şəhərləri istiqamətlərində verib.

Eyni zamanda Rusiya ordusu müharibə ərzində 1 912 tank, 4 224 zirehli döyüş maşını, 1 028 artilleriya sistemi, 197 helikopter, 234 təyyarə və s. itirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN