"Şikayətim "Duzdağ Hotel Naxçıvan"dandır. 02.08.2022 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri göndərdiyi qrupla Bakıdan ora getdim 4 yaşında olan oğlumla".

Bu barədə "Müştəriyəm, Şikayətim Var" sosial qrupundakı paylaşımında Gülya Nəcəfli adlı istifadəçi yazır.

Narzı vətəndaş yazır: "Və catan kimi bizi duzdağ fizioterapiyaya mağaraya apardılar. Həkim, daha sonra baş həkim qəbul elədi və “putyovka”mı aldı qoydu, dedi, uşağa ödəniş edin. İzah etdim ki, mən otel rəhbəri ilə əvvəldən danışmışdım, dedi, uşaqla gəl, heç bir problem olmayacaq, axı o, azyaşlıdı, ana himayəsinə möhtacdı. Ürəyin, gözün pul bürümüş bir "insan" bunu nə başa düşsün. Dedi, sabah gəl, amma mənim haqqım olan dövlətin əllilərə verdiyi orada yatmaq imtiyazımı əlimdən aldı min dənə bəhanə deyərək. Otel rəhbəri sağ olsun, mənə dedi “VİP”də xahiş edəcəm sənə yer ayırsın oğlan. O da səhəri getdim, dedi, yer yoxdu. Sonra 2 dəfə cəmi orada 2-3 saatlıq yer verdilər.

Ayın 9-u mən xəstələndim. “Skoro” çağırmışdım və günorta guya gəlib məndən covid testi götürdülər. Heç bir xəbər, məlumat vermədən otelin maşını məni Naxçıvan Yoluxucu Xəstəxanasına apardı. Buranı isə yatsam yuxumda görməzdim, kabus idi. Guya koronayam, xəstəxanada heç kim maskada deyildi, spirt, sabun - bunlardan əsər-əlamət yox idi. Covid-ə görə nəinki dərman, hətta hansı dərmanı deyirsən, deyirlər yoxdu. Həmin gün uşağımla ac-susuz qaldıq.10-u mən “çerez” tanış tapıb olmayan şeyləri aldırdım gətirdilər. Otel rəhbərinə vəziyyəti dedim ki, bəs bura gətirmisiz, mən burda nəinki müalicə alıram, hətta ac-susuz ölürəm. Səhər yeməyi 1stəkan süd və peçenye idi. Mən cəhənnəm, o uşaq orda xəstə düşdü. Səhiyyə işçisi Asəf həkimi yığdı, məni istədi, deyir nə şikayət edirsən? Kobud şəkildə danışdı. Deyirəm, həkimin təyin etdiyi arbidol dərmanı yoxdu, qayıt ki, yoxdu, get, əvəzedicini özün al, hər şeyi bizdən gözləmə. Mən şok, mən iptal. Deyirəm, spirt, sabun yoxdu. Deyir spirti neynirsən? Nəysə... Səhər baş həkim Leyla qışqırdı üstümə ki, “sənə burda sabun vermirlər? Yalan deyirsən. Mən də nəsilin söydüm yalançının. Sağ olsun tibb bacısı, dedi ki, səhiyyə işçisindən sonra qoymuşuq (pərt olmuş vəziyyətdə rahatladı), özünə də dediyim kimi, elə insanam ki, ayağımdan assalar, olanı deməkdən əl çəkmərəm. Nəysə... 11-də səhər analiz götürən qız gəldi dedi, bilirəm, məni öldürəssən, çünki özü də bilirdi ki, məni nə həngamə idi bilmirəm, karona adı ilə soxmuşdular ora. Qız bu dəfə ağızdan yaxma götürdü, burnumdan götürmək istəyəndə “qorxuram, yavaş” dedim, dedi yaxşı, götürmürəm. Axşam cavab çıxdı ki, karona deyilsən. 09-da karona idim, 11-də artıq sağaldım (spirtli pambıqla boğazımı sildim yəqin ona görə).

Otelə getdim, öyrəndim ki, reseptionda olan Saniyə xanımın göstərişi ilə mənim otağımı 528-dən 427-yə dəyişiblər. Deyir, elə bildim gəlməyəcəksiniz. Mən başa düşmürəm, şəxsiyyət vəsiqəm və bütün əşyalarım ordadısa, mən necə gəlməyə bilərəm? Müdiriyyət də həmin gün gələcəyimi mənə teldə demişdi bir gün qabaq. Orda qaldığım zaman 3 dəfə məni 528- 427 arasında dəyişmişdilər, səbəb isə qapısı xarab idi, qalmışdıq çöldə, qırıb açmışdılar. Amma bu dəfə otağımıza gedəndə başqa xanımı ora yerləşdirmişdilər. Axırıncı mən olmayanda əşylarımı daşıyan zaman mənim və oğlumun şəxsi əşyaları itdi (biri baha alınmışdı). Bunu orda bildirsəm də, heç nə etmədilər. Çünki 12-si tezdən artıq mən Bakıya qayıdırdım... Mən ora müalicəyə, istirahətə getmişdim, amma mən bütün əsəbləri pozulmuş biri olaraq qayıtdım. Dövlət əlillərə şərait yaradır gedirik (1-ci dəfə idi yararlanırdım) və dövlət otelə vəsait ayırır, axı niyə belə rəftar gördüm orda, özümü bağışlaya bilmirəm.

Naxçıvan Yoluxucu Xəstəxanasında isə əməlli-başlı özbaşınalıqdı. Xəstələrə yemək bərbad vəziyyətdə verilir və işçilərə sensor telefon işlətməyə baş həkim icazə vermir ki, birdən kimsə çəkər paylaşar, bu, yeyə bilməz.

Ən əsası isə putyovkanın bir hissəsini kəsib əlillərə qaytarırlar ki, qayıdanda biz onu DOST Mərkəzə təqdim edib şikayətimizi edək, onu da mənə qaytarmadılar. Mən sizə haqqımı halal eləmirəm, Allah da eləməsin".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN