Bu gün Qırğızıstanda - Çolpon-Atada (Qırğızıstan) Rusiyanın baş naziri Mixail Mişustinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən əvvəl qeyri-adi insident baş verib.
Bu barədə “Siz mayakı dinlədiniz” Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, kürən pişik balası Mişustinlə Paşinyan görüşündən bir qədər əvvəl binaya qaçıb və faktiki olaraq işi pozub - jurnalistlərin bütün diqqəti ona yönəlib və pişiyi telefonları ilə lentə almağa, zarafat etməyə başlayıblar.
Xatırladaq ki, bu gün səhər saatlarında Çolpon-Atada Avrasiya Hökumətlərarası Şurasının dar tərkibdə iclası keçirilib.
Videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:
https://www.youtube.com/shorts/TB-Qo5pnJDk
Y.MƏMMƏDLİ