Avqustun 19-da Yoşkar-Oladan Donbas uşaqlarına növbəti humanitar yardım partiyası göndərilib.

Bu barədə Tezadlar.az-a "Mari El Respublikasında Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının sədri Oqtay Əsgərxan oğlu Hüseynov  məlumat verib.

"Tezliklə yeni dərs ili başlayacaq və biz sentyabrın 1-də Donbas uşaqlarına sevinc bəxş etmək istədik", - deyə təşkilat sədri bildirib.

O.Hüseynovun verdiyi məlumata görə, humanitar yardım əsasən karandaş, PVA yapışqanları, qələm, flomaster, dəftər, albom, plastilin və məktəbli çantalarından ibarət olub.

"Biz beş gün ərzində Yoşkar-Olada bütün dəftərxana ləvazimatlarını aldıq və məktəbli çantaları üçün Tatarıstana getdik. Burada təkilatımızın üzvü olan həmyerlimiz Söhrab Alışovun üç övladı var, ikisi məktəblidir və o, şagirdlər üçün nə tələb olunduğunu təklif etdi. Ümid edirik ki, uşaqlar məktəb ləvazimatlarını bəyənəcək və dərslərində faydalı işə yarayacaq. Mən çox istəyirdim ki, o uşaqlara dəstək olaq. 30 ilə yaxındır ki, bu respublikada yaşayıram və indi Dombasa ezam olunanların çoxunu kiçik yaşlarından tanıyıram. Oradakı uşaqlar mənim dostlarımın övladlarıdır. Onlara necə kömək etməmək olar?", - O.Hüseynov deyib.

Qeyd edək ki, bu, Mari El azərbaycanlılarından Donbasa humanitar yardımın ikinci partiyasıdır. Onlar humanitar yardımın birincisini bu ilin mayında respublikadan Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edənlər üçün göndəriblər. Yardımın həmin partiyasında 500 qutu tuşonka və siqaret olub.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN