İndi rusların Nikolayevi atəşə tutmaq üçün daha az imkanları olacaq

Ötən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) rusların Nikolayevi atəşə tutduğu bir neçə S-300 sistemini məhv edib.

Bu barədə Pivden OK-nin mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk Espresso telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, ruslar Ukrayna Silahlı Qüvvələrinin atəşə nəzarəti artırdığını yaxşı bilirlər.

"Biz uzaqdan onların hərəkətlərini koordinasiya edə bilirik. Yəni bizim hava və artilleriya zərbələrimiz işğalçılar üçün elə vəziyyət yaradır ki, onlar öz bölmələrinə nəzarət edə bilmirlər. Çünki Ukrayna Silahlı Qüvvələri onların komanda məntəqələrini uğurla məhv edir", - deyə Qumenyuk bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN