Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefası və onun müdafiə naziri postuna keçməsi ilə bağlı şayiələri sui-qəsd nəzəriyyələri adlandırıb.

Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə o, "Faktlar"a müsahibəsində bildirib.

Podolyakın sözlərinə görə, Zelenski açıq şəkildə bildirib ki, Zalujnını dəyişmək fikrində deyil. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı öz vəzifəsində səmərəlidir və hərbçilər arasında populyardır.

"Hərbçilər başa düşürlər ki, Baş Qərargah fəal şəkildə əməliyyatlar hazırlayır, riskləri qiymətləndirir, itkiləri minimuma endirməyə çalışır. Buna görə də, bu gün cənab Zalujnı haqqında bu pərdəarxası şayiələri və ya sui-qəsd nəzəriyyələrini müzakirə etməyin mənası yoxdur", - deyə müşavir bildirib.

O əlavə edib ki, Zalujnı və Zelenskinin “əla işgüzar əlaqələri” var.

"Onlar gündə bir neçə dəfə əlaqə saxlayırlar, çünki prezident cəbhədəki əməliyyat vəziyyətindən bütün konkret detallarla xəbərdar olmaq istəyir", - Podolyak deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN