Avropa İttifaqı SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun ölümünə reaksiya verib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen öz Twitter hesabında yazıb ki, Qorbaçov hörmət edilən və etibar edilən liderdir.

AK rəhbəri M.S.Qorbaçovun soyuq müharibənin sona çatmasında və “dəmir pərdə”nin süqutunda həlledici rol oynadığını bildirib.

“ Bu, azad Avropaya yol açdı", - Avropa rəsmisi qeyd edib.

Bəli, Qorbaçov bir çoxunun yaddaşında iz buraxıb, Azərbaycan vətəndaşlarının ürəyində isə daha dərin və unudulmazını...

Biz də onu xatırlayırıq: ermənilərin Qarabağda, Zəngəzurda... bədxah əməllər üçün baş qaldırması ilə, 1990-cı ildə  20 yanvar  qətliamını törədən SSRİ qoşunlarını (tərkibində ermənilərin olduğu) Bakıya və bəzi rayonlarımıza yeridib beynəlxalq cinayət törətməsi ilə, sonradan ermənilər tərəfindən Qarabağın işğalı, soydaşlarımızın Zəngəzurdan didərgin salınması ilə (qətlə yetirilərək, girov götürülərək), ev-eşiksiz qalan yüz minlərlə insanın illər uzunu əzab -əziyyəti, amansızlıqla qətlə yetirilənlərin ailələrinin, qohumlarının qurumayan göz yaşları, tökülən qanlar ilə...

Maraqlısı budur ki, Qorbaçov 1990-cı ilin 15 oktyabrında "Bugünkü Beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən Sülh prosesindəki aparıcı roluna görə" Nobel Mükafatına layiq görülmüşdü...

Qeyd edək ki, illər sonra Mixail Qorbaçov özünün yazdığı  “Həyat və islahatlar” kitabında 20 yanvar hadisələrinə toxunub və təəssüfləndiyini bildirib. Lakin yenə də özünə haqq qazandırmağa çalışaraq “fövqəladə şərait bizi fövqaladə vəziyyətin elan edilməsinə məcbur etdi”, - deyə qeyd edib.  

Ötən gün isə Qorbaçov 92 yaşında, böyrək çatışmazlığından dünyasını dəyişib və bu dünyada haqq və ədalət qarşısında cavab vermədiklərinə görə yəqin ki, Allah qarşısında cavab verməli olacaq...

Onu vəsiyyətinə uyğun olaraq, Moskvanın Novodeviçi qəbiristanlığında, həyat yoldaşı Raisanın yanında - ailə məzarlığında dəfn olunacağı bildirilir.

Y.MƏMMƏDLİ

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN