Fransada FO, CFDT və Unsa səhiyyə həmkarlar təşkilatları bütün tibb işçilərini sentyabrın 27-də nümayişə çağırıb.

Son illər Fransada tibb işçiləri - həkimlər, texniki işçilər xəstəxanalarda dözülməz vəziyyətdən, eləcə də həkim çatışmamazlığından şikayətlənir və nümayişlər keçirirlər. Sentyabr nümayişində həmkarlar təşkilatları həkimlərin məvacibi və dövlət xəstəxanalarınin işçi heyəti ilə bağlı hökumətlə yeni danışıqlar əldə etmək istəyirlər. Bu məqsədlə həmkarlar təşkilatları sentyabrın 27-ni səfərbərlik günü elan ediblər.

Həmkarlar təşkilatları hökumətin və nazirlərin cavablarının xəstəxana işçilərinin vəziyyətini yaxşılaşdıra bilməyəcəyinə qərar verərək, paralel olaraq Milli Assambleya və Senatın sədrlərinin də onları qəbul etməsini tələb edirlər. Onlar səhiyyədəki vəziyyətin parlamentdə də müzakirə olunmasını istəyirlər.

Xatırladaq ki, son illər Fransa xəstəxanalarında vəziyyətin acınacaqlı olmasından, həkimlərin vəziyyətindən şikayətlər çoxalıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN