İranın Urmiyə şəhərinin İnqilab Məhkəməsi iki qadını- Zəhra Sadeqi və Elham Çobdarı insan alverində ittiham edərək, barələrində ölüm hökmü qərarı verib.

Bu qadınlar universitet və digət təhsil müəssisələrində oxuyan qızları aldadaraq, onları regiondakı ölkələrin birinə apararaq əxlaqsızlığa məcbur ediblər.

Məhkəmə araşdırması zamanı məlum olub ki, qadınlardan ibarət cinayətkar dəstə üzvlərinin aldatdığı qızlardan bir neçəsi intihar edib.

Nəzərə çatdıraq ki, beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq, İranda ağır cinayətlər törədən qadınlar barəsində ölüm hökmü qərarı verilir.

İran əhalisi bu kimi cinayətlərə görə məhkəmənin ölüm hökmü qərarını ədalətli hesab edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN