Münasibətlərdəki çətinliklərə baxmayaraq, Rusiya Federasiyası ilə ABŞ arasında antiterrorla bağlı təmaslar davam edirdi, lakin indi Vaşinqton onları kəsib və Moskvanı beynəlxalq formatlardan "sıxmağa" çalışır.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı "Rossiyskaya qazeta"ya müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası (SB) katibinin müavini Yuri Kokov deyib.

"Son illərdə Rusiya-Amerika münasibətlərinin mürəkkəb xarakterinə baxmayaraq, beynəlxalq terrorizmə qarşı mübarizə ekspert məsləhətləşmələrinin və xüsusi xidmət orqanları arasında praktiki qarşılıqlı fəaliyyətin davam etdiyi bir neçə sahədən biri olaraq qalır. Hazırda ABŞ bütün ikitərəfli əlaqələri kəsib və buna davam edir. Rusiyanı bu sahədə formalaşmış beynəlxalq əməkdaşlıq formatlarından sıxışdırmağa çalışır", - deyə o bildirib.

Kokovun sözlərinə görə, bunu edə bilməsələr də, konstruktiv dialoqu davam etdirmək və antiterror məsələlərində Qərb ölkələri ilə əvvəllər əldə edilmiş razılaşmaları inkişaf etdirmək imkanları hazırda minimaldır.

"Bu, onların (Qərb ölkələrinin) geosiyasi məqsədlərinə çatmaq üçün nəzarətdə olan terror təşkilatlarından və qeyri-qanuni silahlı birləşmələrdən istifadəni davam etdirmək niyyətlərini göstərə bilər", - deyə o bildirib.

Təhlükəsizlik Şurası katibinin müavini ABŞ və müttəfiqlərinin müdaxiləsinin bəzi ölkələrdə fəlakətli nəticələrə səbəb olduğu halları xatırladıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN