Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Elçin Hüseynovun doğum gününə həsr olunan “Vətənə fəda edilən ömür” adlı xatirə gecəsi keçirilib. Gecədə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Qurumdan bildirilib ki, iştirakçılar əvvəlcə Mərkəzin foyesində şəhidin fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbir Vətənin ərazi bütövlüyü uğrunda həlak olan igid qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Sumqayıt şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçilari və şəhid ailələri işinin təşkili şöbəsinin əməkdaşı, qazi Zaur Süleymanlı və Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi Mehman müəllim və şəhidin anası Mətanət xanım çıxış ediblər.

Gecənin bədii hissəsində xanəndə Məlahət Hacıyeva, Aydan Salahova, Leyla Əliyeva, İlkin Məmmədovun ifalarında vətənpərvərlik ruhunda mahnılar səslənib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN