ABŞ iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri arasında keçirilən görüşdən sonra Ukraynaya 675 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqləyib.

Devdiscourse xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, prezident Co Bayden müəyyən məbləğdə Ukraynaya əlavə silahların ayrılmasını təsdiqləyib.

Ostinin sözlərinə görə, Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşdə Rusiyanın işğalına qarşı müqavimətdə Kiyevə gələcək dəstək məsələsi müzakirə olunub.

ABŞ-dan yardımın ayrılmasını Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak da təsdiqləyib.

“Pentaqonun məlumatına görə, ABŞ Ukraynaya 675 milyon dollarlıq yeni “hərbi yardım” paketi verəcək. Müttəfiqlərə təşəkkür edirəm”, - Yermak öz Telegram kanalında yazıb.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, ABŞ gələcək illər üçün Ukrayna ordusuna dəstək planı üzərində işləyir. Xüsusilə, ABŞ orta və uzunmüddətli perspektivdə Ukrayna ordusuna dəstək planı hazırlayır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN