Donetskdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) şəhəri atəşə tutması nəticəsində iki nəfər ölüb.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Donetsk Xalq Respublikasının (DXR) ərazi müdafiə qərargahı məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrinin Donetskin Kuybışevski rayonunda Viktor İsakov küçəsini atəşə tutması nəticəsində iki nəfər həlak olub", - məlumatda deyilir.

Bundan əlavə, qərargah Nikolskoye kəndində bir mülki vətəndaşın yaralandığını bildirib. İnsidentə həmçinin mərmi atılması səbəb olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN