ABŞ-ın Kiyevə yeni hərbi yardım paketinə HIMARS MLRS üçün döyüş sursatları, 105 mm-lik haubitsalar, HARM antiradar raketləri daxildir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (Pentaqon) rəsmi açıqlama verib.

Məlumata görə, yeni hərbi yardım paketi çərçivəsində ABŞ Kiyevə 5000-dən çox tank əleyhinə sistem, 100 zirehli maşın verəcək.

“Qərb uzunmüddətli perspektivdə Kiyevə hərbi yardım göstərməyə, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün “innovativ yollar” axtarmağa hazırlaşır”, - açıqlamada bildirilir.

ABŞ hesab edir ki, Ukrayna Silahlı Qüvvələri ilk növbədə artilleriya, sursat, hava hücumundan müdafiə və sahil müdafiə sistemlərinə ehtiyac duyur.

Bildirilir ki, ABŞ gələn həftə Qərbin Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstəyini müzakirə etmək üçün NATO ilə görüşəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN