Dövlət Ekoloji Təhlükəsizlik Xidməti şikayət əsasında, daha bir məsuliyyətsiz kafe sahibinin əməlinin üstünü açıb.

 Belə ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 19 ünvanında fəaliyyət göstərən “Yasamal küləyi” adlanan kafenin həyətində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov TEZADLAR.AZ –a bildirib ki, ağacların dibinin betondan təmizlənməsi məqsədilə kafenin icarədarı Abuzər Həsənova məcburi göstəriş verilib.
“Ağacların dibi təmizlənib və onlara aqrotexniki qulluq göstərilib”.

Xatırladaq ki, təkcə cari ilin yaz əkin mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə fondu ərazilərində ümumilikdə 730 000-dən çox müxtəlif cinsli ağac əkilib, 6400 kiloqram toxum səpilib.

Eyni zamanda vətəndaşlara, icra hakimiyyətlərinə, dövlət və özəl təşkilatlara Nazirliyin tinglik sahələrində yetişdirilən 60 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb.

ETSn var gücü ilə ölkəmizdə yaşıllıqların sayını artırmağa cəhd göstərir və həmçinin ağacların qorunması, məhv edilməməsi üçün də çalışır.

Lakin hələ də bir çoxları anlamır ki, ağacları təkcə kəsməklə deyil, onların diblərini betonlayaraq, asfaltlayaraq, daş döşəyərək... də ömrünə balta çalmaq olur...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN