Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinin Tetkino kəndini atəşə tutması ilə bağlı cinayət işinin açılması barədə göstəriş verib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə RF İK-nin mətbuat xidmətindən məlumat verilib.

"Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Kursk vilayətinin Tetkino kəndinin atəşə tutulması ilə bağlı cinayət işinin açılmasını tapşırıb. A.İ.Bastrıkinin tapşırığı ilə Rusiya İstintaq Komitəsinin müstəntiqləri bu faktları qeydə alıb, araşdıracaqlar. İşdə iştirak edənlərin hamısının hərəkətlərinə hüquqi qiymət veriləcək”, - məlumatda deyilir.

Departament qeyd edib ki, sentyabrın 12-də səhər saatlarında Tetkino kəndi Ukrayna Silahlı Qüvvələrinin artilleriya hücumuna məruz qalıb. Xəbərdarlıq sistemi vaxtında işləyib, tələfat olmayıb. Eyni zamanda, ilkin məlumatlara görə, səkkiz ev, yardımçı tikili və bir şəxsi avtomobilə ziyan dəyib. Bundan əlavə, atəşə tutulan ərazidə elektrik verilmir, qaz xətti zədələnib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN