Ukrayna əraziləri azad etmək üçün gərgin mübarizə aparır.

Bu fikirləri Ağ Ev sözçüsü xanım Karine-Jean Pyer brifinqdə bildirib.

 "Rusiyanın niyyətləri barədə danışa bilmərəm, bunu onlar deməlidir. Əks-hücum barədə deyə bilərəm. Biz dəfələrlə dediyimiz kimi,  hərbi əməliyyatları barədə Ukraynanın əvəzinə danışmayacağıq, amma aydındır ki, onlar öz ölkələrini qorumaq və ərazilərini geri qaytarmaq üçün gərgin mübarizə aparırlar”, - deyə o, qeyd edib.

 "Biz onların (Ukraynanın) ehtiyaclarını qarşılamağa davam edəcəyik ki, onlar döyüş meydanında uğur qazansınlar. Məqsədimiz bu idi və indidə belədir", - deyə Ağ Evin sözçüsü vurğulayıb.

 O, həmçinin bu yaxınlarda ABŞ-ın Ukraynaya iki hərbi yardım paketi elan etdiyini də xatırladıb.

Xatırladaq 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Və bu günədək müharibə davan edir. Buna görə Qərb Rusiyaya qarşı saysız-hesabsız iqtisadi sanksiyalar tətbiq edib.

Lakin bütün bunlara baxmayaraq, müharibəni dayandırmaq mümkün olmayıb...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN