Bu gün saat 9.00-dan başlayaraq Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması barədə razılıq əldə olunub.

TASS xəbər verir ki, trend-ə etibarlı mənbədən verilən məlumata görə, atəşkəs razılaşdırıldıqdan sonra Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozub. Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.

Lakin 09.15-dən etibarən atəşkəs bərqərar olunub.

“Çərşənbə axşamı gecə saatlarında Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan Silahlı Qüvvələri iki ölkə sərhədində Azərbaycan ordusunun bölmələrinin mövqeləri ilə təchizat yolu arasındakı hissələri minalayaraq irimiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması üçün Azərbaycan hərbçiləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində toqquşma baş verib”, - nazirlikdən bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN