Rusiya Federasiyası işğal altındakı Enerqodardakı Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirərək və davamlı olaraq atəşə tutmaqla nüvə terrorizminə əl atır. İşğalçıların bu cür hərəkətləri təkcə Ukraynanı deyil, bütün Avropanı təhdid edir.

Tezadlar.az xəbər verir ki, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets Rusiya Federasiyasının Zaporojye Atom Elektrik Stansiyasını partlatmağa qərar verəcəyi təqdirdə mümkün nəticələri qiymətləndirib. O, bu barədə “UP.Jhittya”ya müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, Zaporojye AES-də baş verənləri Çernobılda baş verənlərlə belə, müqayisə etmək olmaz.

"Bu, Çernobıl deyil, bir yerdə 10 Çernobıl olacaq. 3000 Xirosima. Biz Zaporojye vilayətinin ərazisini bütövlükdə itirə bilərik - həm yaşamaq üçün, həm də hansısa təsərrüfatı idarə etmək üçün. Əgər Çernobılda 30 kilometrlik təcrid zonası oldusa, onda burada daha çox olacaq", - dedi Strelets.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Rusiya silahlı qüvvələri martın 4-də Zaporojye Atom Elektrik Stansiyasını və peyk şəhəri Enerqodarı ələ keçirib. Rusiya Zaporojye Atom Elektrik Stansiyası ətrafında demilitarizasiya zonası yaratmaqdan imtina edir.  Rusiya silahlı qüvvələri vaxtaşırı atom elektrik stansiyasını və onun ətrafındakı əraziləri atəşə tuturlar.

Ukrayna hökumətinin tələbi ilə MAQATE işğalçılar tərəfindən ələ keçirilən elektrik stansiyasına baş çəkmək üçün missiya yaradıb. Sentyabrın əvvəlində MAQATE-nin missiyası Zaporojye AES-də olub.

Sentyabrın 2-də MAQATE-nin baş direktoru Rafael Qrossi təşkilatın iki ekspertinin daimi əsaslarla atom elektrik stansiyalarında işləməyə davam edəcəyini açıqlayıb. Qrossi həmçinin BMT Təhlükəsizlik Şurasına Zaporojye AES-də nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılmasını təklif edib.

Sentyabrın 11-də “Enerqoatom”dan bildirilib ki, Zaporojye AES-in sonuncu olan 6-cı bloku elektrik şəbəkəsindən ayrılıb. Beləliklə, "soyuq" vəziyyətə keçirilməyə başladı.

Sentyabrın 12-də məlum olub ki, Zaporojye AES Ukraynanın elektrik şəbəkəsinə qoşulub və işləməyən enerji bloklarını soyutmaq üçün lazımi enerji alır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN