“Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Ermənistan ordusunun sentyabrın 12-si axşam saatlarındakı genişmiqyaslı təxribatlarına münasibət bildirərkən deyib.

O, qeyd edib ki, sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və İrəvanda revanşist meyillərin daha da gücləndiyni təsdiq edir.

Millət vəkili həmin görüşdən sonra Azərbaycan tərəfinin humanist addım ataraq 5 erməni hərbçisini ölkələrinə qaytarmasına, lakin Ermənistanın bunun əksinə olaraq təxribatları davam etdirməsinə diqqət çəkib:

 “Avqustun 31-də keçirilən üçtərəfli görüşdə razılaşdırılan məsələlər Qafqazda sülhün əldə edilməsinə ümidlər yaratmışdı. Məhz həmin danışıqlardan sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbiçisini qarşı tərəfə təhvil verdi. Bu Azərbaycanın regionda sülhün yaranmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Təəssüf ki, Azəbaycanın humanist və sülhsevər mövqeyinə baxmayaraq, İrəvan yenidən təxribata əl atdı. Bununla da, Ermənistan sülhdə deyil, regionda vəziyyətin gərgin olmasında maraqlı olduğunu nümayiş etdirdi.

Sülh danışıqlarına rəğmən, dünən Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar vəziyyətin gərginləşməsinin əsas səbəbdir və Azərbaycan ordusu təxribatların qarşısını almaqda davam edərək atəş nöqtələrini neytrallaşdırıır.

İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu hər zaman təsdiq edir.

Allah hərbiçilərimizi qorusun. Zəfər bizimlədir.

Qarabağ Azərbaycandır!”, -deyə Vüqar Bayramov vurğulayıb.

Xatırladaq ki, ötən gün, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN